Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Gülağa islamovun Başçılıq etdiyi nümayəndə heyəti 29 avqust 03 sentyabr 2014-cü il tarixlərində Polşa Respublikasının Pruşkov rayonuna səfər etmişdir.
29 avqust -03 sentyabr 2014-cü ildə AR Bakı şəhər Xəzər rayonunun icra başçısı Gülağa İslamovun rəhbərlik etdiyi 4 nəfərlik nümayəndə heyəti Polşanın Pruşkuv rayonunda (povyatında) səfərdə olmuşdurlar. Azərbaycan mədəniyyətinin və musiqisinin tanıdılması məqsədilə nümayəndə heyətinin tərkibində əlavə olaraq Polşaya xanəndə Məmməd Nəcəfov və 5 nəfər incəsənət xadimi gəlmişdir.
29 avqust 2014-cü ildə nümayəndə heyəti Kaprı üzgüçülük mərkəzində olmuşdur. Üzgüçülük mərkəzinin direktoru Yatsek Eljanovski qonaqlara son illər görülmüş işlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, mərkəz həm idmançılara həm də rayon əhalisinə xidmət göstərir. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov bildirmişdir ki, rayonda 1 Olimpiya kompleksi, 8 stadion, 3 idman mərkəzi və kompleksi fəaliyyət göstərir. Rayon əhalisinin vaxtının səmərəli təşkili məqsədilə müvafiq işlər görülür. Azərbaycanda Olimpiya komplekslərinin tikilməsinə Respublika Prezidentinin böyük önəm verməsi qeyd edilmişdir.
Sonra nümayəndə heyəti Pruşkuv şəhərində inşa edilmiş yeni təhsil, mədəniyyət və sənaye müəssisələri ilə tanış olmuşdurlar. Nümayəndə heyətinə rayonun keçdiyi inkişaf yolu haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, rayonun Varşava şəhərinə yaxın olması və şərqlə qərbi birləşdirən A2 avtomagistral yolunun yaxınlığında yerləşməsi bir çox logistika sahəsində xidmət göstərən firmalarının rayon ərazisində yerləşməsinə şərait yaratmışdır.
30 avqust 2014-cü ildə nümayəndə heyəti Pruşkuv rayonunun Nadajın şəhərində inşa edilmiş yeni məktəb kompleksi ilə tanış olmuşdur. Məktəbin altı ay ərzində tikilib təhvil verilməsi və Avropa İttifaqı tərəfindən tələb olunan bütün standartlara cavab verdiyi bildirilmişdir. Nadajın qəsəbəsinin meri cənab Yanuş Gjıb nümayəndə heyətinin başçısı Gülağa İslamova son bir il ərzində qəsəbədə görülmüş işlərdən danışmış və yeni layihələr haqqında məlumat vermişdir. Xəzər rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığına əsasən rayonda salınmış yeni yollar və inşa edilmiş yeni tədris ocaqları haqqında danışmışdır. Sonra nümayəndə heyəti ikinci İoan Pavelin adını daşıyan gimnaziyada olmuşdur. Gimnaziyanın həyətində Səfirlik və Xəzər rayonunun birgə fəaliyyəti nəticəsində ucaldılmış Azərbaycan Polşa əlaqələrinin 540 illiyinə həsr olunmuş abidənin önünə gül qoyulmuşdur. İcra hakimiyyətinin başçısı mer Yanuş Qjıba və Gimnaziyanın direktoru cənab Reluqaya abidəyə göstərilən diqqətə görə təşəkkür etmişdir.
30 avqust 2014-cü ildə nümayəndə heyəti Pruşkuv rayonunun Otrenbusı şəhərində yerləşən Qjeqoj Tuşinskinin toxum və tərəvəz yetişdirmə təsərrüfatında olmuşdurlar. Nümayəndə heyətinə yeni tam avtomatik əsasda idarə olunan istixana və yeni gül növlərinin yetişdirilməsi haqqıda məlumat verilmişdir. Bildirilmişdir ki, təsərrüfat yeni növ güllərin yetişdirilməsi üçün müasir laboratoriyaya malikdir. Yetişdirilən məhsulların Almaniya, Fransa, İspaniya və Skandinaviya ölkələrinə göndərildiyi qeyd olunmuşdur. Nümayəndə heyətinin rəhbəri son illər Azərbaycanda qeyri neft sektorunun yüksək templə inkişaf etməsi və bununla əlaqədar Xəzər rayonunda görülmüş işlər haqqında cənab Tuşinskiyə məlumat vermişdir.
Daha sonra nümayəndə heyəti Pruşkuv rayonunun Brvinuv şəhərində yerləşən “U Yajını” şirniyyat evində olmuşdur. Qonaqlara şirniyyat evi haqda məlumat verilmiş və keyfiyyət göstəricilərinə görə yüksək yer tutduqları vurğulanmışdır. Şirniyyat evinin direktoru xanım Qrajına Yajına hazırlanan hər bir məsula incəsənət incisi kimi yanaşdıqlarını qeyd etmişdir. Xəzər rayon icra hakimiyyətinin başçısı cənab Gülağa İslamov mətbəximizin zənginliyindən danışmış və Azərbaycan şirniyyatlarının da xanım Qrajına Yajına tərəfindən hazırlanaraq polyaklara təqdim olunmasını təklif etmişdir. Azərbaycan şirniyyatlarının hazırlanma texnologiyasını öyrənmək məqsədilə xanım Grajına Xəzər rayonuna dəvət olunmuşdur. Dəvət böyük məmnuniyyətlə qəbul olunmuşdur.
31 avqust 2014-cü ildə AR Polşadakı səfiri Həsən Həsənov və Xəzər İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti Pruşkuv rayonunda keçirilən Məhsul Bayramında iştirak etmişdirlər. Qeyd olunan tədbirdə 3000-dən çox rayon sakini iştirak etmişdir. Azərbaycan bu tədbirdə dörd vasitə ilə iştirakçılara tanıdılmışdır:
1. Tədbirin keçirildiyi ərazidə Azərbaycan çadırı qurulmuşdur. Qeyd olunan çadırda Azərbaycan mətbəxinə aid dolma, qutab, paxlava, qoğal və ölkəmizdə istehsal olunmuş meyvə şirələri, mürəbbələr, narşərab və başqa məhsullar sərgilənmişdir. Azərbaycanın tanıdılması məqsədilə Səfirlik tərəfindən polyak dilində mədəniyyətimiz, eposlarımız, memarlığımız, tariximiz, mətbəximiz haqda nəşr etdirilmiş 27 adda kitab və açıqcalar bayram iştirakçılarına paylanılmışdır. Azərbaycan çadırı bayram iştirakçılarının böyük marağına səbəb olmuşdur.
2. Məhsul Bayramının açılışında Pruşkuv rayonunun başçısı xanım Eljbyeta Smolinskaya çıxış edərək iştirakçılara Azərbaycanın Bakı şəhəri Xəzər rayonunun nümayəndə heyətini təqdim etmiş və ölkəmiz haqda xoş sözlər səsləndirmişdir. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov çıxışında Azərbaycan haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Azərbaycanla Polşanın 540 illik dostluq əlaqələrinin olduğunu qeyd etmişdir. Bayram münasibətilə bütün iştirakçıları təbrik etmişdir.
3. Məhsul Bayramı ilə əlaqədar açıq səma altında təşkil olunmuş konsertdə Polşanın tanınmış bir sıra ansamblları çıxış etmişdirlər. Konsertdə Azərbaycan incəsənət xadimləri Azərbaycan muğamını ifa etmiş və milli rəqslərimiz iştirakçıların diqqətinə təqdim olunmuşdur. 2011-ci ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilmiş Muğam müsabiqəsində ikinci yerə layiq görülmüş Məmməd Nəcəfovun ifası və Azərbaycan rəqsi iştirakçılar tərəfindən böyük maraqla qəbul olunmuşdur. İncəsənət xadimlərimizin çıxışı alqışla qarşılanmışdır.
4. AR Polşadakı Səfiri Həsən Həsənov və Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Polşanın TVP Varşava və TVP İNFO televiziya kanallarına müsahibə vermişdirlər. Səfir Azərbaycan Polşa əlaqələrindən danışmış və ölkəmiz haqda məlumat vermişdir. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov Azərbaycanda son illər aparılan quruculuq işlərindən danışmış və rayonlar arasında mövcud münasibətlərin ölkələrimiz arasında qurulmuş əlaqələrin möhkəmlənməsinə xidmət etməsini vurğulanmışdır.
01 sentyabr 2014-cü ildə Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti Pruşkuv rayon icra hakimiyyətində olmuşdur. Pruşkuv rayon icra hakimiyyətinin başçısı xanım Eljbyeta Smolinskaya qonaqları salamlamış və qonaqlara rayonda son illər görülmüş işlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, rayonun illik büdcəsi 130 milyon zlotdur (33 milyon avro) və büdcənin böyük hissəsi yeni məktəblərin inşa olunmasına ayrılır. Qeyd edilmişdir ki, yeni yolların salınması və bərpa olunması rayonun inkişafı üçün prioritet məsələlərdəndir. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa qayğısı nəticəsində son illər ölkəmizdə aparılan quruculuq işlərindən danışmışdır. Bildirilmişdir ki, Xəzər rayonu aparılan məqsədyönlü və əsaslı quruculuq işləri nəticəsində rayonda müasir tələblərə cavab verən xəstəxanalar, məktəb kompleksləri və bir sıra başqa obyektlər inşa edilərək əhalinin xidmətinə təqdim olunmuşdur. Xanım Eljbyeta Smolinskaya qeyd olunanları əyani olaraq gördüyünü və ümumiyyətlə Azərbaycanın bir çox sahələrdə inkişaf etdiyini bildirmişdir. Görüşdə Xəzər və Pruşkov rayonları arasında Mərkəzlə razılaşdırıldıqdan sonra imzalanacaq Niyyət Bəyannaməsinin mətni paraflanmışdır.
Sonra nümayəndə heyəti “Mazovşa” ansamblının yerləşdiyi teatrda olmuşdur. Qonaqlara ansamblın yaranma tarixi və günümüzə qədər keçdiyi yaradıcılıq yolundan danışılmışdır. Nümayəndə heyəti “Mazovşa” ansamblının muzeyində olmuşdur. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov ansamblın direktoru və muzeyin rəhbərinə Azərbaycan xalqının yaşatdığı əvəzsiz musiqisi və milli rəqsləri haqda danışmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqı şərqdə ilk dəfə operanı yaratmış, klassik və milli musiqisi ilə dünya mədəniyyət xəzinəsinə əvəzolunmaz tövhə vermişdir. “Mazovşa” ansamblının direktoru Vlodzimyej İzbana muzeydə sərgilənmə məqsədilə miniatür tar, kamança və dəfdən ibarət hədiyyə verilmişdir. Direktor hədiyyənin “Mazovşa” ansamblının muzeyində yer alacağını bildirmişdir.
Daha sonra AR Polşadakı Səfirliyi və Xəzər rayonunun icra hakimiyyətinin təşkilatçılığı ilə Varşava şəhərində yerləşən Saska Kempa Mədəniyyət Mərkəzində Azərbaycan Muğamı adlı konsert təşkil olunmuşdur. Konsertdə 150 nəfər Azərbaycan diasporasının üzvləri, PR Xarici İşlər Nazirliyinin əməkdaşları, Pruşkuv rayon icra hakimiyyətinin başçısı və idarə heyəti, Nadajın qəsəbəsinin şura rəhbəri və Varşava ictimaiyyətinin üzvləri iştirak etmişdirlər. Azərbaycan incəsənət xadimlərinin ifası iştirakçılar tərəfindən alqışla qarşılanmışdır. Konsert yallı rəqsi ilə sona yetmişdir. Sonda Polşa və Azərbaycan mətbəxi təamlarından ibarət ziyafət verilmişdir.
02 sentyabr 2014-cü ildə nümayəndə heyəti Pruşkuv rayonunda yerləşən mərkəzi xəstəxanada olmuşdurlar. Baş həkim Myeçıslav Bronqoşevski qonaqlara xəstəxanada son illər görülmüş bərpa işləri və tikiləcək yeni korpus haqda məlumat vermişdir. Nümayəndə heyətinə əhaliyə göstərilən xidmət növləri haqda danışılmışdır.
Nümayəndə heyəti Pruszkuv şəhərində yerləşən idman təmayüllü orta təhsil məktəblər kompleksində olmuşdur. Məktəbin direktoru xanım Vanda Kurek qonaqlara məktəbin yaranma tarixindən danışmış və son illər inşa edilmiş yeni bina və stadion haqqında məlumat vermişdir. Bildirilmişdir ki, məktəbdə təhsil alan şagirdlər rayon üzrə keçirilən olimpiadalarda yüksək göstəricilər əldə edirlər.
02 sentyabr 2014-cü ildə Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun başçılıq etdiyi nümayəndə heyəti xanım Eljbieta Smolinskaya ilə görüşmüşdür. Görüşdə səfərin nəticələri müzakirə olunmuş və rayonlar arasında mövcud münasibətlərin ölkələrimiz arasında qurulmuş əlaqələrin möhkəmlənməsinə xidmət etməsini vurğulanmışdır.
03 sentyabr 2014-cü il tarixdə səfər başa çatmışdır.