Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış oluşdur

23 avqust 2014 | 15:00

  Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi bu il də davam etdirilir.
  Bu məqsədlə ölkə başçısı cənab  Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
    1934-cü ildə istifadəyə verilən məktəb üçün  2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun yeni korpus inşa olunub. Ötən il Prezident İlham Əliyev bu korpusun açılışında iştirak edərkən ikinci korpusun da əsaslı şəkildə yenidən qurulmasına ehtiyac olduğu dövlət başçısının diqqətinə çatdırılmışdır. Prezident İlham Əliyev ikinci korpusun əsaslı şəkildə yenidən qurulması ilə bağlı yerindəcə göstərişlər vermişdi. Şəhid Əmirəhməd Quliyevin adını daşıyan məktəbin 3 mərtəbədən, 35 sinif otağından ibarət 780 şagird yerlik yeni korpusu dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən qurulmuşdur. Daha sonra Prezident İlham Əliyev korpusda yaradılan şəraitlə yaxından tanış oldu.
  Tam orta məktəbin  bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsində təmir olunmuşdur . Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, 1 hektarlıq həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

Keçidlər