Xəzər rayonunda "Şuşa ili"-nə həsr olunmuş sərgi keçirilmişdir
22 aprel 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər Gənclər Evinin "Rəsm klubu"-nun gənc və istedadlı rəssamı Güləliyev Əhmədin "Şuşa ili"-nə həsr olunmuş sərgisi keçirilmişdir. Sərgidə gənc rəssamın Şuşaya həsr olunmuş rəsm əsərlərindən əlavə 50-yə yaxın ll Vətən Müharibəsi Şəhidlərimizin şəkilləri də nümayiş etdirilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, 237 saylı tam orta məktəbin nümayəndələri, həmçinin Güləliyev Əhmədin babası və şəhid ailə üzvləri iştirak edərək sərgi haqqında təəssüratlarını bölüşüblər.
Çıxış edənlər dünya mədəniyyətində Azərbaycanın rolundan, Vətən Müharibəsində qazanılan parlaq qələbədən və Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsindən bəhs etmişdirlər.
Sonda gənc rəssama diplom və hədiyyələr təqdim olunmuşdur.