Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısı 183 N-li tam orta məktəbdə yaradılmış “Zəfər” muzeyinin fəaliyyəti ilə tanış olmuşdur

20 aprel 2022 | 16:00

   20.04.2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov 183 N-li tam orta məktəbdə yaradılmış “Zəfər” muzeyinin fəaliyyəti ilə tanış olmuşdur.
   Muzey 2021-ci ilin iyul ayında açılmışdır. Muzeyin yaradılmasından məqsəd 44 günlük Vətən müharibəsində qələbəmizin tədrisdə geniş təbliğ edilməsi və gənc nəslin vətənpərvərlik tərbiyəsini yüksəltmək ideyası olmuşdur.
    Muzeydə “Multikultural dəyərlərimiz”, məktəbin təhsil və idman uğurları ilə yanaşı  ”Əsgərə məktub” layihəsində şagirdlərin iştirakı, birinci və ikinci Qarabağ müharibəsinin şəhid Milli qəhrəmanları və əsgərləri, “Ordu quruculuğu” , “Zəfər tarixi”ni əks etdirən eksponatlar nümayiş olunur. Böyük Qələbənin müəllifi – Ali Baş  Komandan cənab İlham Əliyevin “Dəmir yumruq” stendi, ikinci Qarabağ müharibəsində şəhid generallarımıza və əsgərlərə həsr edilmiş “Şəhidlər” stendi, eləcə də məktəbin məzun döyüşçülərinin döyüş yolundan və onların qazandığı təltiflərdən bəhs edən “Məzun döyüşçülərimiz” stendi muzeyin maraqla izlənən eksponatlarıdır.
    Muzeydə nümayiş olunan əsgər maketi və məzun döyüşçülərin  muzeyə  hədiyyə etdikləri şəxsi əşyalar və aksesuarlar da böyük maraqla izlənir. Vətən müharibəsində qələbəmizin qazanılmasında böyük rol oynamış döyüş texnikaları və pilotsuz uçuş aparatlarının maketləri böyük qələbəmizə sevgi hissi ilə yaradılmış və tərtib edilmişdir.
    Vətən müharibəsində böyük qələbəmizə eləcə də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram əlaməti olaraq yaradılan bu muzeyə görə cənab E.Salahov məktəbin müəllim və şagird heyətinə dərin təşəkkürünü bildirmişdir.

Keçidlər