Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda sahibkarlarla görüş keçirilib

15 aprel 2022 | 16:00

   14 aprel 2022-ci il tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə sahibkarların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri dinləmək üçün "Azəriqaz” İstehsalat Birliyi, Xəzər Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri iştirak etmişdir.

 

  Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Şahin İskəndərov çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına əsasən qadağan olunan qaz cihazlarından istifadə hallarının qarşısının alınması məqsədilə rayon ərazisində yaşayış binalarının zirzəmisində və kürsülü mərtəbə daxilində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində aidiyyəti qurumlarla birgə maarifləndirici monitorinqlərin aparılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı xüsusi işçi qrupların fəaliyyəti barədə məlumat vermişdir.

 

  Sahibkarlara rəhbərlik etdikləri müəssisədə qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyətinin bir daha araşdırılması, həmçinin təhlükəsizlik texnikası qaydalarının tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı işçi heyətinə göstərişlər verilməsi tövsiyə olunmuşdur.

 

Keçidlər