Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsində yaşayan sakinlərlə səyyar görüşü keçirildi

14 aprel 2022 | 01:30

   13 aprel 2022-ci il tarixində Şağan Mədəniyyət Mərkəzində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbə  sakinləri ilə səyyar görüşü keçirildi.
   Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şağan bələdiyyəsinin sədri,  rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edirdilər.
   Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri  əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtükləri və kanalizasiya sistemlərinin yenidənqurulması və təmiri, küçə işıqlarının bərpası və digər sosial problemlərlə bağlı müraciətləri dinlədikdən sonra qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verdi

 

Keçidlər