Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsində yaşayan sakinlərlə səyyar görüşü keçirilmişdir

06 aprel 2022 | 16:00

6 Aprel 2022-ci il tarixində 92 nömrəli tam orta məktəbdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilmişdir.
    Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Qala bələdiyyəsinin sədri,  rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir.

 

Tədbirdə ilk öncə Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüş iştirakçılarını salamlayaraq  Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan, əldə olunan uğurlardan, xüsusilə Xəzər rayonunda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
    Səyyar görüşdə iştirak edən sakinlər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciətlər etmişdir.

 

Qəsəbə sakinlərinin müraciətləri dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

 

Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər