Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsində yaşayan sakinlərlə səyyar görüşü keçirilmişdir
30 Mart 2022-ci il tarixində Ruhulla Axundov adına Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilmişdir.
Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Buzovna bələdiyyəsinin sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir.
Tədbirdə ilk öncə Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüş iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırmış, onları narahat edən problemlərin qaldırılmasını bildirmişdir.
Səyyar görüşdə iştirak edən sakinlər qəsəbə ərazisində sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciətlər etmişdir.
Qəsəbə sakinlərinin müraciətləri dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.