Macarıstan Resbulikasının Mikohaza kəndindən olan nümayəndə heyəti Xəzər rayonuna səfər etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ilə razılaşdırılmış qaydada Macarıstanın Mikohaza kəndi ilə Xəzər rayonunun Qala qəsəbəsi arasında qarşılıqlı münasibətlərin qurulması məqsədilə Macarıstanın Mikohaza kəndindən olan 6 nəfərlik nümayəndə heyəti 15-19 avqust tarixində Xəzər rayonuna səfər etmişdir . Görüşdə Xəzər rayon icra hakimiyyəti başçısının müavini Arif Balayev Mikohaza kəndinin meri Franko Toması və nümayəndə heyətini salamlayaraq, Azərbaycanla Macarıstan Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişafından söz açdı , tərəflər arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmliyini qeyd etdi.
Gorüşdə A.Balayev ölkə prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın son illərdə qazandığı nailiyyətlər həmçinin Heydər Əliyev Fondunun prezidenti və Xəzər rayonunun Millət vəkili Mehriban xanım Əliyevanın gördüyü məqsədyönlü işlər barədə nümayəndə heyyətinə məlumat verdi .
Daha sonra qonaqlar proqram çərçivəsində rayonda olan bir sıra təhsil, səhiyyə və sənaye müəssisələrində, Qala qoruğu- Etnoqrafiya və Əntiq əşyalar muzeyində, o cümlədən Baki şəhərində Fəxri xiyaban, Şəhidlər xiyabanında, Heydər Əliyev Mərkəzində və digər görməli yerlərdə oldular.