Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunmuşdur

19 mart 2022 | 02:30

   18 mart 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunmuşdur.
   Ziyarətdə Xəzər Rayon İcra Hakimiyyətinin  başçısı Elşən Salahov, Aparatın şöbə müdirləri iştirak etmişlər.
Ziyarət zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr etdikləri bildirilmiş, onların adının hər zaman xatırlandığı və uca tutulduğu vurğulanmışdır.
   Tədbirdə çıxış edən Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə  Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər