Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı münasibəti ilə Vətən müharibəsi şəhidi Nəhmətov Ceyhun Etiqad oğlunun ailəsi ziyarət edilmişdir

19 mart 2022 | 03:20

    18 mart 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini birgə təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidi Nəhmətov Ceyhun Etiqad oğlunun  ailəsi ziyarət olunmuşdur.
    Ziyarətdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi General Polkovnik Arzu Rəhimov iştirak etmişlər.
    Ziyarət zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr etdikləri bildirilmiş, onların adının hər zaman xatırlandığı və uca tutulduğu vurğulanmışdır.

 

 

Keçidlər