Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun təhsil müəssisələrində “Novruz” bayramının gəlişi münasibətilə silsilə tədbirlər keçirilib

18 mart 2022 | 16:00

   Artıq bahar fəslinin astanasındayıq. Ölkəmizin hər yerində “Novruz bayramı”na hazırlıqlar başlayıb. Qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır. Müsəlman tarixində Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

 

  Bu münasibətlə Xəzər rayonunda da silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Artıq rayonun bir neçə internat məktəblərində baharın gəlişi ilə əlaqədar Novruz şənlikləri təşkil olunmuşdur.

 

    Ruzi-bərəkət, sevinc və səadət, birlik və həmrəylik rəmzi olan Novruz, cəmiyyətimizin möhkəmlənməsi üçün sağlam təməllər yaradan misilsiz bir ənənədir. İki ildir ki, xalqımız Novruz bayramını ikiqat sevinc hissi ilə qeyd edir və doğma Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda canlarını qurban vermiş müqəddəs şəhidlərimizi böyük ehtiramla yad edir. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bu möhtəşəm zəfəri onlara yaşatdıqlarına görə möhtərəm Prezidentimizə və onun müzəffər Ali Baş Komandanlığı altında canlarından keçərək düşməni Azərbaycan torpaqlarından qovub çıxarmış qəhrəman Ordumuza hədsiz minnətdardır. Azərbaycan bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır.

 

  

  Keçirilən tədbirlərdə şagirdlərimiz qədim adət-ənənələrimizi özündə əks etdirən Novruza aid müxtəlif səhnəcik və kompozisiyalarla çıxış etmiş, şeir və rəqslər ifa etmişlər.

    

Keçidlər