Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon Gənclər Evində Novruz bayramı münasibətilə "Novruz çələngi" adlı tədbir keçirilmişdir

17 mart 2022 | 16:00

17 mart 2022-ci il tarixində Xəzər Rayon Gənclər və İdman İdarəsi və 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən Gənclər evində Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.

  

Tədbirdə Gənclər evinin kollektivi, şagirdləri və kənd sakinləri iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları Novruz bayramında keçirilən çərşənbələr haqqında məlumat veriblər.

 

 

    Daha sonra səhnəyə Novruz bayramının personajları olan Kosa və Keçəl öz oyunları ilə hamını valeh edib. Novruzun atributları olan şəkərbura, paxlava və qoğal haqqında şeirlər söylənilib. Qızlar haxışdalar oxuyub və mahnılar səsləndirib.

 

  Tədbirin sonunda Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, və dərnək rəhbərləri tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, tədbirdə iştirak edən yeniyetmələrə gözəl çıxışlarına görə öz təşəkkürlərini bildiriblər.

 

Keçidlər