Şriftin ölçüsü :

Saytın rəngi :

156 saylı tam orta məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib

18 mart 2022 | 16:00

17 mart 2022-ci il tarixində Xəzər rayonunun 156 saylı tam orta məktəbində Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.  Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil edilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini Lalə Əhmədova, Millət Vəkili Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayon ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

 

Tədbirdə çıxış edən qonaqlar tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın əsrlərdən bəri qorunub saxlanıldığı və bütün dövrlərdə həmişə əziz və dövlət səviyyəsində qeyd edilən milli bayram olduğunu bildiriblər.

 

Sonra tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər bacarıqlarını nümayiş etdiriblər.

 

Keçidlər