Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirdi.
06 avqust 2014-cü il tarixdə Xəzər rayonunun Zirə qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Səyyar görüşdə RİH başçısı aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
110 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra İcra Başçısı Xəzər rayonunda gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
Həmçinin İcra Başçısı qəsəbədə gedən yeni abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi. Belə ki, qəsəbəyə gedən yeni enli zolaqli magistral yolun salınmasını, qəsəbədə “Uşaq mərkəzi” nin, yeni istirahət parkının və “Bayraq meydanı”nın tikintisini, 30 min tonluq yeni su anbarının tikintisinin tamamlanma üzrə olduğunu, yaxın gələcəkdə köhnə uşaq bağçasının sökülərək yenidən tikilməsinin nəzərdə tutulduğunu qəsəbədə görülən digər işlər barədə qəsəbə sakinlərini məlumatlandırmışdır.
Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.