Buzovna qəsəbəsində "Yurdumuza Bahar Gəlir" adlı Novruz Bayramına və Yaz fəslinin gəlişinə həsr olunmuş şənlik keçirilmişdir
15 mart 2022-ci il tarixində saat 13:00-da Ruhulla Axundov adına Mədəniyyət Evində "Yurdumuza Bahar Gəlir" adlı Novruz Bayramına və Yaz fəslinin gəlişinə həsr olunmuş şənlik keçirilmişdir. Şənlik Mədəniyyət Evinin binasının qarşısında təşkil olunmuşdur.
Tədbir Dədə Qorqudun tonqalı alışdırması ilə başladı. Daha sonra, səhnəyə Bahar qız dəvət olundu. Bahar qızın çıxışından sonra, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sərgisinə baxış keçirildi. Şənlikdə Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Cümə məscidinin axundu, ədib Hacı Soltan Əlizadə, AYB-nin Xəzər bölməsinin sədri, şair-tədqiqatçı Arif Buzovnalı, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin MM-in sədri Qurbanəli Purmərcan, AYB-nin və AJB-nin üzvü, şairə-publisist Gülarə Munis və Buzovna kəndinin ağsaqqalı Hacı Əzizağa təbrik sözləri ilə çıxış etdilər.
Çıxışlardan sonra, tədbir 8 saylı Sanatoriya tipli İnternat məktəbinin, 4 nömrəli Uşaq Musiqi və İncəsənət məktəbinin və Ruhulla Axundov adına Mədəniyyət evinin Rəqs kursunun şagirdlərinin rəngarəng çıxışları, "Tumurcuq" uşaq özfəaliyyət dərnəyinin üzvlərinin "Tıq-Tıq xanım" tamaşası ilə davam etdi. Şagirdlərin bir-birindən rəngarəng çıxışlarından sonra Aşıqlar Birliyinin üzvü Aşıq Məhəmməd Kəlbəcərli, Mədəniyyət evinin ustad sənətkar, kamança ifaçısı Əlibəndə Əliyevin bədii rəhbərlik etdiyi "Xəzər" xalq çalğı alətləri ansamblının müşayiəti ilə solistlər Elşən Məmmədov və Nigar Məhərrəmova bayram əhval-ruhiyyəli mahnılar ifa etdilər.
Şənlik Yallı rəqsi ilə başa çatdı.