Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Xocalı sakinləri ilə görüş keçirilib

26 fevral 2022 | 16:00

    25 fevral 2022-ci il tarixində Xəzər rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Xocalı sakinləri ilə görüş keçirilmişdir.
Tədbirdə Xəzə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, RİH başçısının müavi Lalə Əhmədova, RİHB Aparatının şöbə müdirləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xəzər rayon sektorunun rəhbəri  və Xocalı sakinləri iştirak etmişdilər.
İlk öncə görüşün əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Görüşdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. E. Qurbanov həmçinin bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni qəsibkarları Azərbaycan xalqına qarşı misli görünməmiş faciə yaşadıblar. Respublikamızdakı o zamankı hakimiyyətin faciəni lazımınca qiymətləndirmədiyini və əsl həqiqətin xalqdan gizlədilməyə çalışıldığını vurğulayan RİH başçısının birinci müavini soyqırıma hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Ulu Öndərin sayəsində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı qətliam soyqırım faktı kimi təsbit olunub. Əəsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb və bir çox dövlətlər tərəfindən Xocalıda baş verənləri soyqırım kimi tanınıb.
   Xocalı faciəsinin günahsız qurbanlarının və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin qanının yerdə qalmadığını, onların qisasının döyüş meydanında alındığını qeyd edən E.Qurbanov bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz Vətən Müharibəsində cəmi 44 günə erməni qəsbkarlarını məğlub etmiş və 30 il düşmən əsarətində qalan torpaqlarımızı işğaldan azad etmişdir.
  Tədbirdə Xocalı şəhidi Maral Hüseynovanın anası Məlahət Hüseynova çıxış edərək öz gözləri ilə Xocalıda gördüyü dəhşətli anlardan danışmışdır. Xocalı döyüşlərində xalqımızın qəhrəman oğul və qızlarımızın həlak olmasının heç bir zaman unudulmayacağını bildirmişdir.  Eyni zamanda bu gün xocalı sakinlərinin unudulmadığı üçün və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
   Tədbirin sonunda Xocalı şəhid ailələrinə Xəzər RİH tərəfindən ərzaq yardımı göstərilmişdir.

Keçidlər