Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Xəzər rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilib
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Xəzər rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilib. Tədbirlərdə məktəblərin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər. Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrundağ mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq xalqımız mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Həmçinin, 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalının qisasının alındığını ifadə edilib.
Keçirilən tədbirlərdə məktəblilər faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edərək ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər.