Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi

28 yanvar 2022 | 16:00

  Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilmişdir.
 Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 yanvar 2022-ci il tarixində səhər saatlarından etibarən rayon ərazisində təmizlik işlərinin həyata keçirilməsinə başlanılmışdır.

 

  Rayon ərazisində daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, zədələnmiş ağacların budanması, eləcədə təmizlik və abadlıq işləri görülmüşdür.

 

 

  Ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.

 

 

Keçidlər