Xəzər rayonu ərazisində reydlər davam etdirilir
19 yanvar 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı rayon ərazisində mövcud olan ictimai iaşə və ticarət obyektərində, o cümlədən ərzaq mağazalarında növbəti reydlər keçirilmişdir.
Reydlər keçirilən məkanlarda sanitar-gigiyena qaydalarına riayət olunması və peyvəndləmənin zəruriliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılmışdır.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti yanında yaradılmış işçi qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə mütəmadi reydlər aparılır, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir.