Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Azərbaycan son 18 ildə” adlı tədbir və ağacəkmə aksiyası keçirilmişdir

23 dekabr 2021 | 16:00

Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilmişdir.

 

23 dekabr 2021-ci il tarixində YAP Xəzər rayon təşkilatının mənzil qərargahında keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov dövlət başçısı İlham Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycanın hər bir bölgəsi, kənd və qəsəbəsinin inkişaf, tərəqqi dövrünü yaşadığını, Xəzər rayonunun timsalında görülən işlərin miqyasının nə qədər böyük olduğunu böyük fəxr hissi ilə bildirmiş, həmçinin Vətən müharibəsində qazanılmış qələbənin son 30 ildə bütün sahələrdə əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlı olduğunu, Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrildiyini, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olduğunu qeyd etmişdir.

 

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov  son 18 ildə Azərbaycanda, o cümlədən Xəzər rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərindən, əhalinin rifahının artırılması sahəsində atılan addımlardan danışmış, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə görülən işlər, həyata keçirilən layihələr Azərbaycanı regionun qüdrətli ölkəsinə çevirdiyini bildirmişdir.

 

Tədbirdə Xəzər rayon təhsil işçilərinin həmkarlar ittifaqının sədri Həzərxan Əbilov və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı ərazi partiya təşkilatının sədri, 125 nömrəli tam orta məktəbin direktoru Zeynəb Əliyeva İkinci Qarabağ Müharibəsindəki möhtəşəm Zəfərimizin memarı Ali Baş Komandanımız cənab İlham Əliyevin bu Qələbəyə ciddi hazırlaşdığını qeyd edərək, son 18 il ərzində görülən işlərdən danışmışlar.

 

Daha sonra Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət vəkili Rauf Əliyev, Şəhid ailələri, idarə-müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və rayonun fəal gənclərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir.

 

Aksiyada 600 ədəd müxlətif növ ağac əkilmiş,  yabanı otların təmizlənməsi və əkilmiş ağacların suvarılması və aqrotexniki qulluq işləri görülmüşdür.

 

Keçidlər