Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

14 iyul 2014 | 15:00

14 iyun 2014-cü il tarixdə YAP Xəzər rayon təşkilatında keçirilən tədbirdə RİH Başçısının birinci müavi V.Həsənov, RİHB-nın müavini Arif Balayev, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və  rayon idarə, müəsissə rəhbərləri  iştirak etmişdirlər. 
Tədbiri giriş sözü ilə açıq elan edən N.Əhmədov ilk öncə qonaqları konfrans iştirakçılarına təqdim etdikdən sonra keçirilən tədbirin əlamətdarlığından söz açmışdır.
  Daha sonra RİHB-nın birinci müavini V.Həsənov, Şağan qəsəbə nümayəndəliyinin sədri T.Səlimov, 29 saylı BŞX-nın baş həkimi H.Tağıyev, YAP Xəzər rayon təşkilatının Gənclər üzrə təlimatçısı R.Məxmər, tələbələrdən isə  G.Qədimli, A.Kazımova, M.Babazadə və başqaları çıxış edərək  Ümummilli Lider Heydər Əliyevin öz xalqının taleyində müstəsna rol oynamasından, vətənin ağır günündə onun imdadına yetişməsindən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək çətin və keşməkeşli mücadiləsindən söz açmışlar. 
  Çıxışçılar  həmçinin Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəyə rəhbərliyi dövründə Konstitusiyanın qəbul edilməsindən, respublikada ölüm hökmünün ləğv olunmasından, neft-qaz yataqlarının yenidən işlənməsindən və Xəzər neftinin dünya bazarına çıxarılmasından, ölkə iqtisadiyyatının, xalqın rifah halının, elmin, təhsilin, mədəniyyət və incəsənətin, səhiyyənin tənəzzüldən inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulamış,  dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləməsindən danışmışlar.

Keçidlər