Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi
Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü – dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxda ümumşəhər sanitar gününün keçirilməsi ilə əlaqədar olaraq Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səhər saatlarından etibarən rayon ərazisində operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılmışdır.
Rayon ərazisində daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, zədələnmiş ağacların budanması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülmüşdür.
Həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara müraciət edilərək özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.