“8 Noyabr – Zəfər Günü” münasibətilə rayonun Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir
Xəzər Rayonunun Türkan qəsəbəsi, Türkan -Hövsan Avtomobil yolunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.
8 noyabr 2021-ci il tarixdə baş tutan Aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, qəsəbə inzibati ərazi dairləri üzrə nümayəndələr və bələdiyyə sədrləri, Şəhid ailələri və qazilər, idarə-müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
“8 Noyabr – Zəfər Günü” münasibətilə təşkil edilən aksiyada 500 ədəd müxlətif növ ağac əkilmiş, yabanı otların təmizlənməsi və əkilmiş ağacların suvarılması və aqrotexniki qulluq işləri aparılmışdır.
Ağacəkmə aksiyası bitdikdən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Şəhid ailələri və qazilərin qayğıları ilə maraqlanmışlar.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.