"8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş Xəzər Rayon ümumtəhsil məktəb müəllimləri arasında "Mahir nişançı" adlı güllə atıcılığı yarışı keçirilmişdir
04 noyabr 2021 | 16:00
03.11.2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Təhsili işçiləri Azad Həmkarlar İttifaqı, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkikatçılığı ilə 8 Noyabr Zəfər gününə həsr olunmuş Xəzər Rayon ümumtəhsil məktəb müəllimləri arasında "Mahir nişançı" adlı güllə atıcılığı yarışı keçirilmişdir.
Tədbir rayonun 156 saylı tam orta məktəbin idman zalında baş tutmuş və yarışda 60 nəfər müəllim iştirak etmişdir.
Yarışda 156 saylı məktəbin komandası I yer, 185 saylı məktəbin komandası II yer, 136 saylı məktəbin komandası isə III yer tutmuşdur.
Qalib komandalar Xəzər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.