Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub

03 noyabr 2021 | 16:00

   Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımız İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub. Anım mərasimində Xəzər Rayon İcra Hakimiyti Başçısı Elşən Salahov, Millət vəkili Rauf  Əliyev, YAP Xəzər Rayov Taşkilatının sədri Namiq Əhmədov, Şəhid ailələri və qazilər, Şəhidlərin doğmaları və yaxınları iştirak edibər.
     Anım günü münasibətilə Şəhidlərin Binə Şəhidlər Xiyabanında məzarlrı ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi, ruhları böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı E.Salahov Şəhid qardaşların ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
    Qeyd olunub ki, İman və Bəhrəm Məmmədzadə qardaşları 2020-ci il noyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq qəhrəmancasına şəhid olublar.
    Onlar ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsində göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif olunublar.
    Hər biri bir qəhrəmanlıq dastanı olan Şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik!

Keçidlər