Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əliyev İbrahim Nəcəfqulu oğlunun doğum günü məzarı önündə qeyd olunub

23 oktyabr 2021 | 16:00

  23 Oktyabr 2021-ci il tarixində Xəzər rayonundan Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan şəhid Əliyev İbrahim Nəcəfqulu oğlunun doğum günü uyuduğu məzarı önündə qeyd olunub.
   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, qəsəbə sakinləri, din xadimləri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.
   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, vətən oğullarının döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.
  YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirələrini daim uca tutmağın vacibliyini söyləyib, onların məzarlarının ziyarət məkanımıza çevrildiyini bildirib.
  Milli Məclisin deputatı Rauf Əliyev də öz növbəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımızın sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdiyini vurğulayıb.  Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı çıxış edərək bildirmişdir ki, Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq.
  Sonda Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər