Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib

22 oktyabr 2021 | 16:00

   22 Oktyabr 2021-ci il tarixində Xəzər rayonundan Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan şəhid Novruzov Şəhnin Şahlar oğlunun il mərasimi keçirilmişdir.
    Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Zirə qəsəbə nümayəndəsi və şəhidin ailə üzvləri iştirak ediblər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhidimizin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanıblar. 
Şəhidimizin ailə üzvləri ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
    Novruzov Şəhnin Şahlar oğlu 3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E.Ağayev adına məktəbdə təhsil almışdır. 2016-2017-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçusu olan Şəhnin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan  2-ci Qarabağ müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində döyüşmüş, 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər