Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib
21 Oktyabr 2021-ci il tarixində Xəzər rayonundan Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan şəhid İsmayılzadə Vüsal Əlbəndə oğlunun il mərasimi keçirilib.
Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Rauf Əliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Rauf Əliyev şəhidimizin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanıblar.
Şəhidimizin ailə üzvləri ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.