Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində reydlər davam etdirilir

16 oktyabr 2021 | 16:00

Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətində  yaradılmış işçi qrup tərəfindən rayon ərazisində növbəti reydlər keçirilib.

 

15 oktyabr 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun növbəti reydlər keçirilib.

 

Rayonun Binə qəsəbəsində keçirilən reydlər ictimai iaşə və ticarət obyektərində, ərzaq mağazalarında, o cümlədən avtobuslarda həyata keçirilib.

  

Reydlər keçirilən məkanlarda qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndləmənin zəruriliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb, eyni zamanda aşkar edilən nöqsanlarla bağlı pozuntulara yol verən şəxslərə qarşı cərimə tədbirləri tətbiq olunub, Xəzər rayon könüllüləri tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb.

 

 

Qeyd edək ki, Rayon İcra Hakimiyyəti yanında yaradılmış işçi qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə mütəmadi reydlər aparılır, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir.

  

Keçidlər