Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib
1 Oktyabr 2021-ci il tarixində Xəzər rayonundan Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan şəhidlərin – Abdullazadə Tural Şakir oğlu və Şirvani Həsənağa Bəhruz oğlunun il mərasimi keçirilib. Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbayсan Respublikası Daxili İşlər nazirinin müavini, general İsmət Əliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə şəhidlərin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək dualar oxuyublar. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbayсan Respublikası Daxili İşlər nazirinin müavini, general İsmət Əliyev çıxış edərək qeyd ediblər ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır.
Sonra iştirakçılar şəhidlərin ailə üzvləri ilə görüşüb, ailələrinə baş sağlığı veriblər. Şəhidlərimizin ailə üzvləri çıxış edərək ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbayсan Respublikası Daxili İşlər nazirinin müavini, general İsmət Əliyev şəhidlərimizin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanıblar.