Xəzər rayonunda reydlər davam etdirilir
Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alınması ciddi narahatçılığa səbəb olub. Bununla əlaqədar olaraq vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai iaşə və ticarət obyektərində, ərzaq mağazalarında, o cümlədən avtobuslarda reydlər keçirilmişdir.
Reydlər keçirilən məkanlarda qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndləmənin zəruriliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılmış, eyni zamanda aşkar edilən nöqsanlarla bağlı pozuntulara yol verən şəxslərə qarşı cərimə tədbirləri tətbiq olunmuş, tibbi maskasız vətəndaşlara tibbi maskalar paylanılmışdır.
Həmçinin Xəzər rayon könüllüləri tərəfindən rayon ərazisində vətəndaşlarla peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işləri aparılmış, onlara randevu.its.gov.az saytından qeydiyyatdan keçmələri qaydalarını əks etdirən bukletlər paylanılmışdır.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə mütəmadi reydlər aparılır, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir.