Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirdi

05 iyun 2014 | 15:00

04 iyun 2014-cü il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Səyyar görüşdə RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
      120 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən , Xəzər rayonunda gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
      İcra Başçısı həmçinin qəsəbədə daxili su xətlərinin çəkilməsi və qəsəbədaxili yollara və yol qovşaqlarına asfalt örtüyünün vurulması istiqamətində işlərinin aparıldığını sakinlərin nəzərinə çatdırmışdır.
     Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
      Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi

Keçidlər