1 Iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Xəzər rayonunda tədbir keçirilmişdir.
31 may 2014-cü il tarixdə 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə Xəzər rayon Mərdəkan mədəniyyət sarayında Xəzər rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon Təşkilatının birgə təşkilatçılığı ilə geniş tədbir keçirilmişdir Tədbirdə Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova və YAP Xəzər rayon Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva iştirak etmişlər.Tədbirdə çıxışlar olunmuş, dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan danışılmış və qonaqlar uşaqları bayram münasaibətilə təbrik etmişlər. Daha sonar tədbirdə uşaqların ifasında mahnılar səslənmiş, şeir deyilmiş və rəqs nömrələri təqdim olunmuşdur. Tədbir uşaqların coşqusu ilə başa çatmışdır.