Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı olaraq ziyarət olunur

27 avqust 2021 | 16:00

   Avqustun 27-də Yeni  Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri, Millət vəkili Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Feyzizadə Toğrul İlqar oğlunun ailəsini ziyarət ediblər.
   Xəzər Rayon İcra Hakimiyyəti başçısı  Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Soltan Məmmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib
  Qeyd edək ki, Feyzizadə Toğrul  İlqar oğlu  2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Feyzizadə Toğrul  noyabrın 6-da Xocavənd istiqamətində gedən döyüşləri zamanı şəhid olub.
  15 dekabr 2020-ci il tarixli  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər