Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti reydlər keçirilib

25 avqust 2021 | 16:00

  Bildiyimiz kimi son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxmaların artması halı müşahidə olunur.
Bununla əlaqədar olaraq respublika ərazisində bir sıra qabaqlayıcı tədbirlər görülür. Görülən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən başladılan monitorinqlər, eyni zamanda maarifləndirmə işləri Xəzər rayonunda da davam etdirilir.

 

Belə ki, 24 avqust 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin məsul əməkdaşlarının birgə iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ictimai nəqliyyatda, dayanacaqlarda və ticarət obyektlərində növbəti reydlər keçirilib.

 

Reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılıb, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maariflndirmə işləri aparılıb. Bundan əlavə, Xəzər rayonunun gənc könüllüləri tərəfindən vətəndaşlara maarifləndirici çap materialları paylanılıb.

 

 

Keçidlər