Xəzər rayonunda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir.
23 may 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda Xəzər RİH-nin iclas zalında rayon müşavirəsi keçirilmişdir.
İlk öncə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda qisametrajlı film təqdim edilmişdir. Daha sonra Müşavirəni RİH-nin I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Vaqif Həsənov giriş sözü ilə açaraq, bu formatda keçirilən müşavirələrin əhəmiyyətindən danışmışdır.
Müşavirədə Fövqəladə Hallar Nazirliyini tibbi xidmət polkovniki, Bakı Regional Mərkəzinin rəis müavini Cəfər Məmmədov “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti” mövzusunda çıxış etmişdir.
Müşavirədə daha sonra Bakı Regional Mərkəzinin əməkdaşı - Anar İbrahimov, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı Mənsur Piriyev, Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı Ədalət Muradov, Rayon Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının müdiri Kamran Hüseynzadə, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Qair Cərullayev və sonda Rayon Polis İdarəsinin rəis müavini Dəyanət Əliyev çıxış etmişdir..