Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda maarifləndirmə tədbirləri və reydlər davam etdirilir

14 avqust 2021 | 16:00

 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsi vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə rayonun bütün qəsəbələrində yaradılmış mobil qruplar tərəfindən gündəlik olaraq reydlər keçirilir.

 

 13 avqust 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən ticarət obyektlərində növbəti reydlər keçirilib.
Reydlər keçirilən məkanlarda maarifləndirici söhbətlər aparılıb, qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması bir daha sahibkarlıq subyektlərinə xatırladılıb. Eyni zamanda, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbinin yerinə yetirilməsi vəziyyəti yoxlanılıb.

 

  Bundan əlavə, Xəzər Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və Xəzər rayonunun könüllü gəncləri tərəfindən əhali arasında maarifləndirmə işləri həyata keçirilib. Rayon könüllüləri tərəfindən sakinlər arasında peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işləri aparılıb, onlara randevu.its.gov.az saytından qeydiyyatdan keçmələri qaydalarını əks etdirən bukletlər paylanılıb.

 

  

  Eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğu və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilib.
    Rayon ərazisində Pandemiyaya qarşı mübarizə tədbirləri mütəmadı olaraq davam etdirilir.

 

 

 

Keçidlər