Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində qəsəbədaxili yolların yenidənqurulması işləri davam etdirilir

09 avqust 2021 | 16:00

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən cari ilin yanvar ayından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda kompleks tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

 

 

  Belə ki, hal-hazırda rayonun Qala qəsəbəsi 1-ci və 2-ci Qala küçəsi, həmçinin 3-cü Qala küçəsinin bir hissəsində  ümumi uzunluğu 2.2 km metr təşkil edən yolun əsaslı təmiri və yenidənqurulması işləri həyata keçirilir.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir.

 

Qeyd etmək lazımdır ki, rayon ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır.

 

 

Keçidlər