Xəzər rayonunda Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram sovqatı paylanıldı
Xəzər rayonunda Vətən müharibəsi Şəhidlərinin, qazilərin və iştirakçıların ailələrinə daim diqqət və qayğı ilə yanaşılır.
Qurban bayramı münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır.
Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə etmişlər.
Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndirmişlər.