Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində abadlıq və quruculuq işləri uğurla davam etdirilir

17 iyul 2021 | 16:00

Beləki "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şağan qəsəbəsi, Heybətqulu.Məmmədbəyli küçəsində qrunt və yağış sularının kənarlaşdırılması üçün drenaj sistemi və nasos quraşdırılmışdır.

  

Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən ərazidə ümumi uzunluğu 300 metr olan yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilərək sakinlərin rahat və təhlükəsiz hərəkəti təmin edilmişdir. Adıçəkilən avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmişdir. Bu isə xüsusən payız-qış mövsümündə əhalinin və nəqliyyatın hərəkətinə çətinliklər yaradırdı.

 

Qeyd etmək lazımdır ki, rayon ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır.

Keçidlər