Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir.

10 may 2014 | 15:00

YAP Xəzər rayon təşkilatı, Xəzər rayon İcra Hakimiyyəti və Xəzər İnkişaf fondunun birgə təşəbbüsü ilə  Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibəti ilə 9 saylı ixtisaslaşdırılmış ruhi əsəb, əlil və qocalar üçün internat evində tədbir keçirilmişdir. Tədbiri YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov açıq elan etdikdən sonra   tədbirdə iştirak edən  rəsmi  qonaqlara söz verildi.  Xəzər rayon İcra Hakimiyəti başçısının müavini Vaqif Həsənov, Xəzər İnkişaf fondunun sədri İlqar Mustafayev, ƏSMM-nin nazir müavini Natiq Məmmədov və millət vəkili Rauf Əliyev çıxış etdilər.
    Tədbirdə Odlar Yurdu mahnı müsabiqəsinin lauriyatı Rəfail Nəcəfov, muğam müsabiqəsinin qalibi Məmməd Nəcəfov, xanəndə Hüseyn Məlikov, Retro instrumental ansamblının solisti Nurlan Dadaşov ifaları ilə qocalarımızın könüllərini oxşadılar və Dilbər Abdullayevanın "Lalələr" rəqs qrupu çıxış etdilər.

Keçidlər