Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində qəsəbədaxili yolların yenidən qurulması işləri davam etdirilir

13 iyul 2021 | 16:00

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən cari ilin yanvar ayından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda kompleks tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

   

Belə ki, bu istiqamətdə görülən işlər çərçivəsində rayonun Binə qəsəbəsinin Cəfər Cabbarlı və Dadaş Bünyadzadə küçələrində ümumi uzunluğu 1400 metr olan yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunmuşdur.

  

Hal-hazırda Binə qəsəbəsi 84-cü Binə küçəsində işlər davam etdirilir.

 

Keçidlər