Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid hərbi qulluqçuların təltif olunduğu medalları ailələrinə təqdim edilib

03 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirən zaman şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Mansurov Elçin Elşən oğlu və Qasımov Ramiz Vaqif oğlu Azərbaycan Respublikası  Prezidentinin Sərəncamları ilə ölümlərindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif edilmişdirlər.

 

3 İyul 2021-ci il tarixində Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, General Leytenant Ramiz Tahirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar baş idarəsinin rəisi, general mayor Azad Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, hərbi ekspert Emin Həsənli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin rəisi Nasir Qurbanov və xidmətin rəsmiləri tərəfindən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hər iki hərbi qulluqçunun ailələri ziyarət edilərək  medalları ailə üzvlərinə təqdim edilmişdir.

   

Görüş zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını diqqət mərkəzində saxladığını, ölkəmizdə şəhid ailələrinə göstərilən qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirilmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağı, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd olunmuşdur.

   

Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişdirlər.

   

 

 

Keçidlər