Xəzər rayonunda qanvermə aksiyası keçirilib
02 iyul 2021-ci il tarixində Mərkəzi Qan Bankının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən “MirMövsüm Ağa” ziyarətgahının xeyriyyə Qan Bankında qanvermə aksiyası keçirilmişdir.
Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində azanlan qan ehtiyatını artırmaqdır.
Aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi, bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlar, həmçinin rayon sakinləri könüllü şəkildə iştirak edərək qan veriblər. Həkim briqadası tərəfindən bu xeyirxah kampaniyaya qoşulanların sağlamlıq vəziyyəti müəyyən edildikdən sonra onlardan qan götürülmüşdür.
Aksiya xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilmişdir.