Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü Xəzər rayonunda qeyd edildi

23 iyun 2021 | 16:00

23 iyun 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi.

 

Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

 

 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tədbiri açaraq dövlət qulluqçularını təbrik edib, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılan uğurlardan danışıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan E.Salahov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O bildirdi ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu"nun dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını vurğulayan E.Salahov Xəzər rayonunda çalışan dövlət qulluqçularının da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsində səylə çalışdıqlarını diqqətə çatdırdı. Həmçinin bildirdi ki, ölkəmizdə dövlət qulluqçularının iş və maddi-məişət şəraitinin yaxşılaşmasına, təhsilinin artırılmasına və iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq qayğı göstərilir, çalışdıqları sahədə fərqlənən dövlət qulluqçularının əməyinin qiymətləndirilməsinə daim diqqət yetirilir.

 

 

  

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təvəkkül Səlimov çıxış edərək cənab Prezidentin müvafiq Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı ölkə rəhbərinin dövlət qulluqçularına qayğı və diqqətinin, onların şərəfli və çətin əməyinə verdiyi qiymətin yüksək təzahürü olduğunu vurğuladı.

 

 

 

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

 

  

 

Keçidlər