Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə gül bayramı keçirilmişdir.

08 may 2014 | 15:00

Xəzər  rayonunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə gül bayramı keçirilmişdir.
      Mayın 7-da rayonun Mərdəkan Mədəniyyət sarayının qarşısında keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları,rayon ictimaiyyətinin nümayəndələri habelə Polşa Respublikasının Mozovetski voyevodluğunun Pruşkov rayonu ilə  Xəzər rayonunun qardaşlaşması sazişi çərçivəsində 4 nəfərdən ibarət Polşa nümayəndə heyətidə təntənəli bayram tədbirində iştirak etmişdir.
        Tədbirdən öncə Xəzər rayon İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyevin büstünün önünə əklil qoyulmuş və iki ölkənin dövlət himni səsləndirilmişdir.
       Bayram tədbirində rayonun bir çox  orta ümumtəhsil məktəbi, rayon müəssisələri və digər idarə, təşkilatlar təbii  güllərdən və çiçəklərdən hazırladıqları müxtəlif kompozisiyaları təqdim etmişlər. Həmçinin, tədbir zamanı bir qrup istedadlı əlillərin hazırladıqları əl işləri də iştirakçıların böyük marağına səbəb olmuşdur.  Məktəblilərin, şagirdlərin böyük həvəslə hazırladıqları bu işlər öz rəngarəngliyi ilə seçilirdi. Milli geyimdə, al-əlvan paltarlı körpələr bu sərgidə bayram əhval-ruhiyyəsi ilə iştirak edirdilər.
       Daha sonra rayonda fəaliyyət göstərən müsiqi məktəblərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı olmuşdur.
       Bayram münasibəti ilə rayondakı aztəminatlı və şəhid ailələrinə, məcburi köçkünlərə bayram süfrəsi açılmışdır.

Keçidlər