"15 İyun Milli Qurtuluş Günü"nə həsr olunmuş “Yeniyetmələr arasında mini futbol turniri” keçirilmişdir
14 iyun 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər rayonunda "15 İyun Milli Qurtuluş Günü"nə həsr olunmuş “Yeniyetmələr arasında mini futbol turniri” keçirilmişdir.
Turnirdə rayon yeniyetmələrindən ibarət komandalar iştirak etmişdir. Turnirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, onların dünyagörüşünün artırılmasına köməklik göstərmək, mini futbol idman növünü təbliğ etməkdir.
Turnirdə “Şimal Dress” komandası I yerə, “Xəzri ” komandası II yerə, “Simurq” komandası III yerə laiq görülmüşdür.
Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Medal və Diplomları sahiblərinə təqdim etmişlər.