Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika günü münasibətilə “Hərbi Qənimətlər Parkı” ziyarət olunub

28 may 2021 | 08:50

28 May - Respublika günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi, İctimai Birliklərin rəhbərləri və fəal gənclər “Hərbi Qənimətlər Parkı”nı ziyarət ediblər. Tədbir iştirakçıları əvvəlcə rayon İcra Hakimiyyətinin inzibati binaqsı qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
   Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən 27 may 2021-ci il tarixində təşkil edilən  ziyarət zamanı kollektiv 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar.

  

12 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda “Hərbi Qənimətlər Parkı”nın açılışı olmuşdur. Azərbaycanın Vətən müharibəsində Şanlı Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu söyləmişdir. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilmişdir. Eyni zamanda, Prezident İlham Əliyev “Hərbi Qənimətlər Parkı”nın salınması haqqında təşəbbüs irəli sürmüşdür. Çox qısa zamanda görülən genişmiqyaslı işlər sayəsində açıq səma altında nadir park salınmışdır.

 

Qeyd edək ki, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə, 300-dən çox eksponat, o cümlədən, 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
  Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

 

Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən, döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var.
  “Hərbi Qənimətlər Parkı” gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək bir tarixi məkandır.

Keçidlər