Şriftin ölçüsü :

Saytın rəngi :

Polşa nümayəndə heyətinin Xəzər rayonuna növbəti səfəri olmuşdur

07 may 2014 | 15:00

Polşa Respublikasının Mozovetski voyevodluğunun Pruşkov rayonu ilə  Xəzər rayonunun qardaşlaşması sazişi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə Mərdəkan qəsəbəsində keçiriləcək Gül bayramında iştirak etmək üçün Polşa nümayəndə heyətinin ölkəmizə səfərləri başlamışdır.
      Pruşkov rayonunun starostası xanım Elizabeta Anna Smolinskayanın başçılıq etdiyi 4 nəfərdən ibarət nümayəndə heyəti ilk olaraq 06.05.2014-cü il tarixdə Xəzər rayon İcra hakimiyyətində oldular. Qonaqları Xəzər RİH-nin başçısı cənab Gülağa İslamov qarşıladı.
      Görüşdə icra başçısı qonaqları salamlayaraq, Azərbaycanla Polşa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişafından söz açdı və  tərəflər arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
     Gorüşdə G.İslamov ölkə prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan ərazilərinin 20 faizinin işğalı olunmasından və Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyon qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızdan söz açdı. İcra başçısı həmçinin Heydər Əliyev Fondunun prezidenti və Xəzər rayonunun Millət vəkili  Mehriban xanım Əliyevanın gördüyü məqsədyönlü işlər haqqında nümayəndə heyətinin  diqqətinə çatdırdı.
      Daha sonra qonaqların proqram əsasında Mərdəkan qəsəbəsində təşkil olunan Gül bayramında, rayonda olan bir sıra təhsil, səhiyyə və sənaye müəssisələrində, Qala qoruğu- Etnoqrafiya və Əntiq əşyalar muzeyində, o cümlədən Baki şəhərində Fəxri xiyaban və Şəhidlər xiyabanında, Tarix muzeyində və digər görməli yerlərdə olmaları nəzərdə tutulmuşdur.

Keçidlər